Belçika müdafiə xərclərini artırır

24.11.2025

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Belçikanın yeni çoxillik büdcə razılaşması ölkənin müdafiə xərclərinin 2026-cı ilə qədər ÜDM-in 2%-nə qədər artırılmasını nəzərdə tutur.

Axar.az xəbər verir ki, bunu ölkənin müdafiə naziri Teo Franken hökumətin 2026-2029-cu illər üçün büdcə barədə razılığa gəlməsindən sonra deyib.

“Bütün qanunvericilik müddəti ərzində (2029-cu ilə qədər - red.) müdafiə xərclərinə ÜDM-in 2%-ni təmin edirik. Bu, ordumuza genişmiqyaslı bərpa üçün lazım olan “maliyyə oksigenini” verəcək. Bu, qeyri-müəyyən dövrlərdə zəruri olan tarixi bir addımdır”, - o bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью