Belçika parlamenti SEPAH ı terror təşkilatı kimi tanıdı

18.07.2025

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün səhər Belçika parlamenti, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi olaraq terror təşkilatı kimi tanıyan qətnaməyə səs verib.

Azad İran "Telegram" kanalı xəbər verir ki, parlamentin iranəsilli millət vəkili Dərya Səfai bununla bağlı, "X" platformasında paylaşım edərək bildirib ki, qəbul olunan sənəd Avropa İttifaqını da SEPAH-a qarşı eyni mövqe tutmağa çağırır.

Qətnamə, İran hakimiyyətinin həm ölkə daxilində, həm də bölgədə artan müdaxilə cəhdlərinə qarşı beynəlxalq narahatlıqlar fonunda qəbul edilib. Bu qərar SEPAH və İran hakimiyyətinə qarşı Avropada təzyiqlərin artması ilə nəticələnə bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью