Belçika prokurorluğu Avropa Parlamentində korrupsiya hallarını araşdırır

13.03.2025

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Belçika prokurorluğu Avropa Parlamentində korrupsiyada şübhəli bilinən bir neçə nəfəri dindirmək üçün saxlayıb.

525.az bu barədə “Report” a istinadən xəbər verir.

Qurumun məlumatına görə, federal polis Brüssel regionunda, həmçinin Flandriya, Valloniya və Portuqaliyada 21 axtarış əməliyyatı keçirib. İstintaq hesab edir ki, korrupsiya sxemləri, sənədlərin saxtalaşdırılması və saxta sənədlərdən istifadə 2021-ci ildən etibarən müntəzəm əsasda və "tamamilə gizli şəkildə" həyata keçirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью