Belçika Rusiya pullarının müsadirəsinə qarşı çıxdı

03.09.2026

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Ölkə.az xəbər verir ki, Prevo bu fikirləri İrlandiyanın Viklou şəhərində keçirilən Avropa İttifaqı (Aİ) Xarici İşlər Şurasının qeyri-rəsmi iclasından sonra jurnalistlərə açıqlamasında səsləndirib.

Nazir bu addımın Avropa üçün yüksək maliyyə və hüquqi risklər yaratdığını vurğulayıb.

Nazir bildirib ki, Belçikanın məsələyə dair mövqeyi son bir ildə dəyişməz qalıb:

"O vaxtdan bəri fikir ayrılığımızın səbəbləri sehrli şəkildə yoxa çıxmayıb. Bu aktivlərin müsadirəyə bərabər olan mexanizmlərlə istifadəsi həddindən artıq risklidir".

Qeyd edək ki, hazırda Avropa İttifaqı ərazisində Rusiya Mərkəzi Bankına məxsus təxminən 210 milyard avroluq vəsait dondurulmuş vəziyyətdədir. Bu məsələdə Belçikanın mövqeyi xüsusi çəkiyə malikdir; çünki sözügedən aktivlərin təxminən 90%-i məhz Brüsseldə yerləşən "Euroclear" beynəlxalq depozitar və klirinq mərkəzində saxlanılır.

Xatırladaq ki, keçən həftə Polşa, Niderland, İspaniya və İsveç Avropa Komissiyasına birgə müraciət ünvanlayaraq, sanksiya altındakı Rusiya aktivlərindən Ukraynaya dəstək məqsədilə istifadə olunmasının yeni hüquqi yollarının axtarılmasını tələb etmişdilər.

Elvin

Ölkə.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью