Belçika səfiri: “Bu cəsarətli addımlara görə Azərbaycan rəhbərliyini təbrik edirəm”

14.11.2025

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Belçika  səfiri Julyen de Fraypont Azərbaycanla Ermənistan arasında sülh razılaşmasından danışıb.

Gununsesi.info-nun xəbərinə görə, ölkənin Milli Günü-Kral günü münasibətiylə təşkil olunan qəbulda çıxış edən diplomat deyib:

“Ermənistanla münasibətlərdə son zamanlar atılan cəsarətli addımlara görə Azərbaycan rəhbərliyini təbrik etmək istəyirəm. Normallaşma sazişinin yekunlaşdırılması, razılaşdırılmış konkret nəqliyyat layihələri, eləcə də son dövrlərdə həyata keçirilən etimad quruculuğu tədbirləri davamlı sülhün bərqərar olunması baxımından təməl rolunu oynayır. Bu, həm regionda, həm də regiondan kənarda hər kəsə faydalı olacaq. Bu, ümid və ilham mənbəyidir”.

Pərviz 

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью