Belçika səfirliyi COP29 barədə: İnanılmaz əməkdaşlığın şahidi olduq

23.11.2024

Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.

Belçikanın Azərbaycandakı səfirliyi insanları COP29-dakı yekun danışıqların müsbət nəticələrinə ümidli olmağa çağırıb.

“Report” xəbər verir ki, bu barədə diplomatik nümayəndəlik paylaşım edib.

“Bakıda COP29 yekunlaşır, bu günlərdə biz 198 ölkə, vətəndaş cəmiyyəti və özəl sektor liderləri arasında inanılmaz əməkdaşlığın şahidi olduq. Bu gün yekun danışıqlara diqqət yetirərkən, müsbət nəticəyə ümidli olaq! <…> Birlikdə biz fərq yarada bilərik!”, – səfirliyin sosial şəbəkə hesabında qeyd olunub.

Xatırladaq ki, daha əvvəl də Belçika səfirliyi COP29 ilə bağlı paylaşım etmişdi.

Bizim WhatsApp kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью