Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Belçika Baş nazirinin müavini və xarici işlər naziri Maksim Prevost Avropa şirkətlərinin getdikcə daha yaxın və etibarlı tərəfdaşlar axtardığını, Türkiyənin Avropa təchizat zəncirlərinin dayanıqlığını artıra biləcək sənaye potensialına malik olduğunu qeyd edib.
Məlumatı “Anadolu” verib.
Prévost Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurası (DEİK) və Avropa Biznes Zirvəsi (EBS) ilə əməkdaşlıq çərçivəsində Brüsseldə təşkil edilən Türkiyə-Aİ Biznes Zirvəsinin açılışında çıxış edib. Brüsseldəki Eqmont Sarayında Türkiyə rəsmilərini və biznes nümayəndələrini qəbul etmək imkanından məmnunluğunu ifadə edən Prévost qeyd edib ki, Avropa ilə Türkiyə arasındakı münasibətləri müzakirə edərkən bəzən onların nə qədər sıx bağlı olduğuna diqqət yetirilmir. Milyonlarla avropalı vətəndaşın türk köklərinə sahib olduğunu xatırladan nazir, Belçikadakı türk icmasının Türkiyə ilə sıx əlaqələrini qoruyub saxlayaraq nəsillər boyu cəmiyyətin inkişafına töhfə verdiyini bildirib. O, əlavə edib ki, iki ölkə arasındakı münasibətlər uzunmüddətli işgüzar tərəfdaşlıqlarla da dəstəklənir.
Prevost fərdi məsələlərdə fikir ayrılıqlarına baxmayaraq, dialoqun və konstruktiv əməkdaşlığın vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, dünyada baş verən sürətli dəyişikliklər, Rusiyanın Ukraynaya qarşı müharibəsi, qlobal rəqabətin artması və təchizat zəncirlərindəki fasilələr Avropanın iqtisadiyyatının zəifliyini daha da dərindən dərk etməsinə səbəb olub.
P.ƏMİRCANOV
XQ