Belçika Ukraynada silah istehsalı üçün hər il 1 milyard avro ayıracaq

08.04.2025

Operativ MM saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Belçika 2025-ci ildə Ukraynaya 1 milyard avroluq silah paketi köçürəcək və Kiyevə hər il müdafiə ehtiyacları üçün 1 milyard avro ayıracaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri hazırda Kiyevdə olan Belçikanın baş naziri Bart De Vever deyib.

"Hökumət olaraq yeni qərar verdik. 2025-ci ildə 1 milyard avroluq paket elan edirik və hər il müdafiə ehtiyacları üçün 1 milyard avro ayıracağıq",- deyə o bildirib.

O əlavə edib ki, Belçika istehsalçıları Ukrayna ilə birgə silah istehsalı üçün dörd müqavilə imzalayıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью