Belçika Ukraynaya 100 milyon avro ayırdı

30.08.2025

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Belçika hökuməti ABŞ-dən Ukraynaya silah alınması üçün 100 milyon avro ayırıb.

Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Belçikanın xarici işlər naziri Maksim Prevo Kopenhagendə Avropa İttifaqı xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünə gələrkən bildirib.

"Belçika hökuməti Ukrayna üçün ABŞ-dən silah alınması proqramına 100 milyon avro ayırıb", - deyə nazir qeyd edib.

Lakin Belçikanın XİN rəhbəri əlavə edib ki, ölkəsi Rusiyanın dondurulmuş aktivlərinin müsadirə edilməsinə qarşıdır. O bildirib ki, bu addım Avropanın maliyyə sabitliyini poza bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью