Belçika Ukraynaya F 16 tədarükünü sürətləndirəcək

29.08.2025

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Belçika hakimiyyəti F-16 qırıcılarının Ukrayna ordusuna çatdırılmasını sürətləndirmək niyyətindədir.

Redaktor.az xəbər verir ki, bu barədə krallığın müdafiə naziri Teo Franken bildirib.

Avqustun 26-da məlum olub ki, Belçika F-16 qırıcılarının yeni partiyasını Ukraynaya köçürmək, həmçinin 20 milyon avro ayırmaq niyyətindədir. Ukrayna Qərbdən ilk F-16-ları 2024-cü ilin iyul ayının sonunda alıb. O zaman Hollandiya, Belçika, Norveç və Danimarka F-16-ları tədarük etmək qərarına gəlib.

2025-ci ilin mayında Belçika hakimiyyəti Ukraynaya hər il 1 milyard avro dəyərində silah tədarük etmək niyyətində olduqlarını və F-16 qırıcılarının çatdırılmasını sürətləndirməyi planlaşdırdıqlarını açıqlayıb.

Aminə Şahsuvarqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью