Belçika Ukraynaya F 16 təyyarələri verəcək | Icma.az
525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. Belçika Ukraynaya bu ilin sonuna kimi 2 F-16 təyyarəsi verəcək.
525.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə bu gün Ukrayna prezidenti Vladimir Zelenski ilə birgə mətbuat konfransı keçirən Belçikanın baş naziri Bart de Vever bildirib.
Baş nazir Belçika F-35 təyyarələri alan kimi F-16 təyyarələrini Ukraynaya göndərəcəklərini söyləyib.
Onun sözlərinə görə, gələn il daha 2 belə qırıcının Ukraynaya veriləcəyi də nəzərdə tutulub.
Qeyd edək ki, Bart de Vever onların sayının daha çox olacağına ümid etdiyini də deyib.
L.Tağıyeva Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu