Belçika Ukraynaya ildə bir milyard avroluq silah tədarük etməyi planlaşdırır

20.05.2025

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Belçika hökuməti Ukraynaya ildə bir milyard avro dəyərində silah tədarük etməyi və F-16 qırıcılarının çatdırılmasını sürətləndirməyi planlaşdırır.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə Belçikanın müdafiə naziri Teo Franken Avropa İttifaqının xarici işlər və müdafiə nazirlərinin görüşünə gedərkən bildirib.

Belçika atəşkəs əldə edildikdən dərhal sonra Fransa və Böyük Britaniyanın başçılıq etdiyi "Arzuedənlər koalisiyası"nın tərkibində Ukraynaya qoşun göndərməyə hazırdır.

"Belçika Ukraynaya bir milyard avro məbləğində hərbi yardım göstərəcək. Bu tranş artıq təsdiqlənib və biz bu dəstəyi hər il təmin etməyə hazırıq", - Franken bildirib.

O həmçinin qeyd edib ki, Belçika F-16-ları razılaşdırılmış müddətdən daha tez tədarük etməyə çalışır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью