Belçika yığmasının sükanı arxasına kim keçəcək?

11.01.2025

sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Belçika millisinin baş məşqçisi postuna 3 namizəd var. Sport24.az xarici KİV-ə istinadən  xəbər verir ki, son uğursuzluqlardan sonra istefaya göndəriləcək Domeniko Tedeskonu əvəzləyə biləcək mütəxəssislərin adları açıqlanıb.

Boş qalacaq posta əsas iddiaçı Tyerri Anridi. 47 yaşlı fransalı mütəxəssis 2016-18 və 2021-22-ci illərdə yığmada köməkçi məşqçi kimi çalışıb.

Erik Ten Haq və Mark van Bommel də namizədlər siyahısındadır. Baş məşqçi dəyişikliyinin ayın sonunadək gerçəkləşəcəyi gözlənilir.

Qeyd edək ki, Belçika millisi son 8 matçda yalnız bir qələbə qazanıb

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью