Belçikada anomal istilərdən 2935 nəfər ölüb

03.09.2026

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

18 iyun-16 avqust tarixləri arasında Belçikada isti havalar nəticəsində 2935 ölüm halı qeydə alınıb.

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bu, ictimai səhiyyə orqanı "Sciensano"nun hesabatında yer alıb.

Hesabata görə, ölümlərin əksəriyyəti 65 yaş və yuxarı insanları əhatə edib. Builki ölüm halları gözlənilən səviyyədən 48,8% çox olub.

 BMT-nin hava agentliyi bildirib ki, iqlim dəyişikliyi planeti istiləşdirdikcə ekstremal isti dövrləri intensiv və uzunmüddətli olur.

Gülşən Şərif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью