Belçikada kiberhücum: 1,2 milyon nəfərin məlumatları oğurlanıb

25.11.2026

Icma.az bildirir, Banco.az portalına istinadən.

Müəllif: Tamara Mustafayeva, Banco.az

Belçikada kiberhücum: 1,2 milyon nəfərin məlumatları oğurlanıb.

Banco.az xəbər verir ki, Belçikanın Flandriya bölgəsindəki 82 bələdiyyəni hədəf alan süni intellekt dəstəkli kiberhücum nəticəsində təxminən 1,2 milyon nəfərin şəxsi məlumatları oğurlanıb.

Belçikanın kibertəhlükəsizlik şirkətləri “Secutec” və “SOCRadar” hücumun 6–15 noyabr tarixlərində həyata keçirildiyini açıqlayıb.

Açıqlamada Flandriya bölgəsinin beş əyalətində yerləşən 82 bələdiyyənin hücumdan təsirləndiyi bildirilib. Təxminən 1,2 milyon bələdiyyə sakininin və əməkdaşının şəxsi məlumatlarının ələ keçirildiyi qeyd olunub.

Hücum edən şəxsin bələdiyyələrin təkrar emal mərkəzlərinə xidmət göstərən şirkətin kifayət qədər qorunmayan mərkəzi serverinə daxil olduğu bildirilib. Serverdəki faylların şifrələnmədiyi, müxtəlif bələdiyyələrə aid məlumatların isə lazımi təhlükəsizlik tədbirləri görülmədən eyni serverdə saxlandığı vurğulanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью