Belçikada polis əməkdaşı əməliyyat zamanı öldürülüb

13.10.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Brüssel, 13 oktyabr, AZƏRTAC

Belçikanın paytaxtı Brüsselin Jette kommunasında polis əməkdaşı xidməti vəzifəsini yerinə yetirərkən güllələnərək öldürülüb.

AZƏRTAC xəbər verir ki, hadisə bazar ertəsi gecə avtomobil qaçırılması zamanı oğurlanmış nəqliyyat vasitəsinin saxlanılması əməliyyatı zamanı baş verib.

Brüssel prokurorluğunun təsdiqlədiyi məlumata görə, polis əməkdaşı şübhəli şəxsi təqib edərkən silahlı hücuma məruz qalıb. İstintaqa yaxın mənbələrin bildirdiyinə görə, şübhəli şəxs polisə atəş açıb.

Hadisədən sonra oğurlanmış avtomobildə üç silah aşkar edildiyi bildirilir. “La Capitale” qəzetinin məlumatına əsasən, hadisə ilə əlaqədar bir şübhəli şəxs də saxlanılıb.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью