Belçikada siqaret çəkməklə bağlı QADAĞA

09.01.2025

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Belçikada ictimai yerlərdə siqaret çəkmək qadağan edilib.

Bakıvaxtı.az RTL-ə istinadla xəbər verir ki,  Fleurus şəhərində gəncləri siqaretin zərərli təsirlərindən qorumaq məqsədilə yeni parklar açılıb.

Bu parklar, eləcə də məktəblər, uşaq bağçaları və qocalar evlərinin ətrafında siqaret və elektron siqaretin istifadəsi qadağan edilib. Yeni qərara görə, məktəb, körpələr evi və qocalar evlərinin giriş-çıxışlarından 10 metr məsafədə siqaret çəkmək və elektron siqaret istifadə etmək qadağandır.

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью