Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
Belçikada milli aviadispetçerlərin tətili səbəbindən 23 noyabr bazar ertəsi günü müntəzəm hava hərəkəti tamamilə dayandırılacaq.
Axar.az xəbər verir ki, bu barədə RTBF-in məlumatında deyilir.
Belə ki, aviasiya şirkəti “Skeyes” yerli vaxtla saat 7:00-dan 21:00-dək standart hava səyahətinin təhlükəsizliyini təmin edə bilməyəcəyini açıqlayıb. Bu müddət ərzində yalnız təcili və təhlükəsizlik baxımından digər vacib uçuşlar həyata keçiriləcək.
Qeyd edilir ki, Brüsselin Zaventem hava limanında həmin gün təxminən 59.500 sərnişinin daşınması üçün 429 uçuş planlaşdırılmışdı.