Belçikada uçuşlar dayandırıldı

23.11.2026

Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Belçikada hökumətin sərt qənaət siyasətinə etiraz olaraq keçirilən ümumxalq tətili hava nəqliyyatında ciddi fasilələrə səbəb olacaq.

Turkustan.az xəbər verir ki, tətilin ictimai nəqliyyat və digər xidmətlərin fəaliyyətinə də təsir edəcəyi gözlənilir.

Tətil çərçivəsində bu gün saat 07:00-dan 21:00-dək Belçikaya və ölkədən həyata keçirilən uçuşların böyük hissəsinin ləğv ediləcəyi gözlənilir.

Belçikanın hava nəqliyyatının idarə edilməsi agentliyi “Skeyes” işçilərin tətili səbəbindən qeyd olunan saatlarda normal hava hərəkətinin təmin edilməyəcəyini açıqlayıb. Yalnız təcili və təhlükəsizlik baxımından vacib uçuşlara icazə veriləcək.

Sərnişinlərə uçuşlarının son vəziyyəti barədə məlumat almaq üçün aviaşirkətlərlə əlaqə saxlamaq tövsiyə olunub.

Aytən Yaşar/Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью