525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Belçikanın flamanddilli bölgəsindən olan parlament üzvü Frederik Erens xoşagəlməz halla üzləşib.
525.az xəbər verir ki, o, bütün gecəni parlamentin əlavə binasındakı tualetdə qapalı qalıb.
Bu barədə flamand ictimai yayımçısı VRT məlumat yayıb.
Sağçı Vlaams Belang partiyasının üzvü olan Ferederik Erens dünən yerli vaxtla saat 17:00 radələrində işini bitirdikdən sonra tualetə gedib, lakin qapının kilidi ilişib və o, içəridə qalıb.
Erens həmkarlarının artıq binanı tərk etdiyini və telefonunu özü ilə aparmadığı üçün kömək istəyə bilmədiyini bildirib.
Yerli vaxtla səhər saat 6 radələrində təmizlik işçisi qapını açanda tualetdən çıxa bilən Erens, oksigen çatışmazlığı səbəbindən müayinə üçün xəstəxanaya gedib. Onun vəziyyətinin yaxşı olduğu qeyd edilib.
İbrahim Cəfərov