Belçikalı üçün yubiley qolu

03.04.2025

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Romelu Lukaku karyerasında yubiley qolunu vurub.
"Football-plus.az" xəbər verir ki, A seriyasının 30-cu turunun “Milan”la oyunu “Napoli”nin hücumçusu üçün əlamətar olub. 31 yaşlı belçikalı peşəkar karyerasında 400-cü qolunu vurub. Lukaku Belçika yığmasında 88, “Everton”da 87, “İnter”də 78, “Mançester Yunayted”də 42, “Anderlext”də 41, “Roma”da 21, “Çelsi”də 15, “Vest Bromviç”də 17, “Napoli”də isə 11 dəfə qapıya yol tapıb.
Romelu bu mövsüm “Napoli”nin heyətində bütün turnirlərdə 30 oyun keçirib, 11 qol vurub və 9 məhsuldar ötürmə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью