Belçikalı ulduz gələcəyi ilə bağlı qərarını verdi

31.01.2025

sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin de Bruyne gələcəyi ilə bağlı qərar verib. Sport24.az .az "deadlinedaylive"-ə istinadən xəbər verir ki, belçikalı futbolçu karyerasını indiki klubunda davam etdirmək qərarına gəlib.

De Bruyne 2025-ci ilin yayında başa çatacaq müqaviləsini uzatmaq niyyətindədir. O, 2015-ci ilin yayından "Mançester Siti"də çıxış edir.

Qeyd edək ki, 33 yaşlı yarımmüdafiəçi bu mövsüm Premyer Liqada 16 oyun keçirib, 2 qol vurub və 6 məhsuldar ötürmə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью