Belçikalı ulduzdan İstanbul həmləsi

08.08.2026

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Napoli”nin hücumçusu Romelu Lukaku karyerasını Türkiyə Superliqasında davam etdirməyə yaxındır.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Matteo Moretto məlumat yayıb. 33 yaşlı belçikalı hücumçu “Fənərbağça”ya keçməyə razılıq verib.

Mənbənin bildirdiyinə görə, təcrübəli forvardla İstanbul təmsilçisi arasında müqavilənin maliyyə şərtləri artıq tam razılaşdırılıb. “Fənərbağça” və “Napoli” rəhbərliyi transfer məbləğini dəqiqləşdirmək üçün rəsmi danışıqlara başlayacaq.

Səudiyyə Ərəbistanı və MLS klublarının marağına baxmayaraq, Lukaku karyerasını məhz Avropada davam etdirməyə üstünlük verib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью