Belçikalı vinger İstanbul klubunda

14.07.2026

Icma.az, Sportal.az saytına istinadən bildirir.

"Beşiktaş" hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, İstanbul nəhəngi "Arsenal"da çıxış edən Leandro Trossarın keçidini həll edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Belçika millisinin üzvü tibbi müayinədən keçdikdən sonra "Beşiktaş"la müqavilə imzalayacaq.

Qeyd edək ki, Leandro Trossar 2023-cü ilin yanvarından "Arsenal"da çıxış edirdi. 31 yaşlı vinger 2025/26 mövsümündə London təmsilçisinin heyətində meydana çıxdığı 50 rəsmi matçda 8 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью