Belçikalıların Kralı Filip təyyarə qəzası ilə bağlı Azərbaycan Prezidentinə başsağlığı verib

10.01.2025

Icma.az, Operativ MM portalına istinadən məlumatı açıqlayır.

Belçikalıların Kralı Filip Aktau yaxınlığında AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən təyyarənin qəzası nəticəsində həlak olan insanlarla bağlı Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, başsağlığında deyilir:

"Kraliça Matilde ilə birlikdə Sizə və Azərbaycan xalqına Aktau şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası nəticəsində faciəvi şəkildə həyatını itirənlərə görə dərin hüznlə başsağlığı veririk. Bu ağır itki anlarında həlak olanların yaxınlarına güc və səbir arzulayır, onlarla birlikdə ən dərin hüznümüzü bölüşürük".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью