Belçikalıların Kralından İlham Əliyevə MƏKTUB

10.01.2025

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Belçikalıların Kralı Filip Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb. 
Bizim.Media xəbər verir ki, məktubda deyilir: 
"Zati-aliləri. 
 

Kraliça Matilde ilə birlikdə Sizə və Azərbaycan xalqına Aktau şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası nəticəsində faciəvi şəkildə həyatını itirənlərə görə dərin hüznlə başsağlığı veririk. 


Bu ağır itki anlarında həlak olanların yaxınlarına güc və səbir arzulayır, onlarla birlikdə ən dərin hüznümüzü bölüşürük". 
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью