Belçikanın Baş naziri: Belçika Azərbaycanla cəsarətli iqlim fəaliyyətlərində əməkdaşlıq etməyə hazırdır

11.11.2024

Icma.az, Operativmedia portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Belçika Azərbaycanla cəsarətli iqlim fəaliyyətlərinin həyata keçirilməsində əməkdaşlıq etməyə hazırdır.

"Operativ Media" xəbər verir ki, bunu Belçikanın Baş naziri Aleksandr De Kro Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra "X" sosial şəbəkəsində yazıb.

"Biz iqlim dəyişikliyi ilə mübarizədə cəsarətli tədbirlərin həyata keçirilməsində əməkdaşlığa hazırıq və bu tədbirlər real dəyişikliklərə səbəb olacaq", - o qeyd edib.

Siyasətçi, həmçinin vurğulayıb ki, Bakı və İrəvan arasında davamlı və ədalətli sülh sazişi Qafqaz regionunun bütün ölkələrinin maraqlarına cavab verir. Onun sözlərinə görə, bu, Aİ və Belçika ilə daha sıx əməkdaşlığa yol açacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью