Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır. Belçika hökumətinin başçısı Bart de Vever Ukraynaya uçub.
"Unikal" xəbər verir ki, o, Kiyevə 1 milyard avrodan çox yardım təklif edəcək. "De Vever Ukrayna paytaxtına əliboş getmir.
Hökumətin üç üzvü "Euroclear"da dondurulmuş Rusiya aktivləri üzrə gəlirdən əldə etdiyi 1 milyard avrodan çox yardımı ev sahibi ölkəyə gətirir", -deyə yayılmış məlumatda qeyd edilir.
Baş naziri Belçikanın xarici işlər naziri Maksim Prevost, ölkənin müdafiə naziri Teo Franke və müdafiə şirkətlərinin nümayəndələri müşayiət edir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.