Belçikanın məşhur klubu millimizin futbolçusuna elçi düşüb

10.06.2025

Milli.az saytına istinadən Icma.az xəbər verir.

Belçikanın məşhur klubu "Qarabağ"ın oyuçusuna "elçi düşüb".

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, "Lieqe Standard" millimizin yarımmüdafiəçisi Toral Bayramovu heyətinə cəlb etmək istəyir.

Məlumata görə, "Standard" uzun müddətdir ki, Toralı izləyir.

Komandanın yeni idman direktoru Mark Vilmots vəzifəsinin başına yeni keçsə də, klubun bu yay transfer üçün hərəkətə keçəcəyi bildirilir.

Hüseyn
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью