Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Kolonializm, müstəmləkəçilik həmin prosesi yaşayan xalqların tarixində silinməz iz qoyub.
Ötən əsrin 60-cı illərində Afrika ölkələri müstəmləkəçi rejimdən qurtulsalar da, onun acı nəticələrini hələ də öz üzərilərində hiss edirlər.
Böyük coğrafi kəşflərlə başlayan bu prosesdə Fransa, Böyük Britaniya, İspaniya, Portuqaliya ilə yanaşı, Belçika da “xüsusi rola” malikdir.
Az qala, dünyaya ideal ölkə kimi sırınan Belçika Krallığı adıçəkilən dövlətlərlə yanaşı, bir dəfə də olsun keçmişdə törətdiklərinə görə nə bir üzrxahlıq, nə də etiraf edib.
Bu bir yana, Belçika XX əsrin ortalarına qədər müstəmləkəçilik siyasətini davam etdirib.
Bu dövlət Afrika və Asiyada ələ keçirdiyi ərazilərdə elə silinməz izlər buraxıb ki, yerli xalqlar hələ də onun acısını yaşayırlar.
Krallığın müstəmləkəçiliyi əsasən də Konqo Demokratik Respublikası, Ruanda və Burundidə təbii resursların istismarı, zorakılıq və irqi ayrı-seçkiliklə müşayiət edilib.