Belçikaya Doku zərbəsi: İranla oyunu buraxacaq

21.06.2026

Icma.az, Idman.biz saytına istinadən bildirir.

Belçika millisinin futbolçusu Jeremi Doku DÇ-2026-nın qrup mərhələsində İranla oyunu buraxacaq.

İdman.Biz xəbər verir ki, bu barədə “Sporza” məlumat yayıb. 24 yaşlı vingerin respirator infeksiyası yenidən kəskinləşib.

Doku son həftələrdə nəfəsalma problemi yaşayıb. O, Belçikadan mundiala güclü soyuqdəymə ilə yollanıb. Şənbə günü futbolçunun vəziyyəti pisləşib və tibbi heyətlə məsləhətləşmədən sonra onun ikinci tur matçında iştirak etməməsinə qərar verilib. Futbolçu antibiotik müalicəsinə başlayacaq.

Qeyd edək ki, Belçika - İran oyunu bu gün keçiriləcək. Qarşılaşma ABŞ-ın İnqlvud şəhərindəki “SoFi Stadium”da baş tutacaq və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью