“Belə başa düşürəm ki, problemimiz qalmayıb” bəs onda niyə “hə” cavabı almırsız?

14.11.2025

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Karvan-Yevlax” mövsümün əvvəlindən doğma stadionundan didərgin düşən komandalardan biridi. 7-ci turdan “Yevlaxa qayıdırıq” deyən klub rəhbərliyi isə hələ də bunu bacarmır.

Süni ot örtüyü üçün FİFA sertifikatı hələ də alınmayıb. PFL-in Media və marketinq direktoru Sənan Abdullayev isə “Futbol+”ə açıqlamasında əsas işlər görülsə də, bəzi problemlərin hələ də qaldığını bildirib.
Bəs komanda evə nə vaxt dönəcək? Nə vaxt oynaya biləcək? Artıq bütün problemlər aradan qalxıbmı? Klubun vitse-prezidenti Kənan Kərimov sualımızı cavablandırıb.

“Test oyunu da keçirdik. PFL, AFFA və “CBC Sport”un nümayəndələri də gəlmişdi. Belə başa düşürəm ki, problemimiz qalmayıb. İnşallah, “hə” cavabı alıb, noyabrın 21-də ev oyunumuzu Yevlaxda keçirərik. Biz də cavab gözləyirik. İnanıram ki, müsbət cavab alacağıq”.

Qeyd edək ki, “Karvan-Yevlax” noyabrın 21-də “Kəpəz”i qəbul edəcək. PFL-in təqvimində bu oyunun Şamaxı şəhər stadionunda keçiriləcəyi yazılıb.
MÜZƏFFƏR QULUZADƏ
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью