“Belə bəsit qollar buraxmaq məni narahat etdi” Qurban Qurbanov

17.01.2025

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Qarabağ” Misli premyer-liqasının 19-cu turunda “Şamaxı”nı məğlub etdi - 3:2.

“Football-plus.az” xəbər verir ki, ağdamlıların baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablayıb.
- Çempionatın 2-ci hissəsinə başladıq. Çatışmazlıqlarımız çox idi. Sürətli, dinamik və baxımlı oyun izlədik. Çox vacib qələbə əldə olundu. Ayxan yaxşı kollektiv formalaşdırıb. Azarkeşlərimizə də təşəkkür edirəm.
- “Qarabağ” bu gün qapısında iki qol gördü. Bu sizin üçün sürpriz oldumu?
- “Şamaxı”nın özünəxas oyun üslubu var. Belə bəsit qollar buraxmaq məni narahat etdi. Texniki səhvlərimiz oldu. Belə buraxılan qolların komandama faydası çox olur.
- Yoxlama oyunlarında gəncləri sınaqdan keçirdiz. Premyer-liqada bu tendensiya davam edəcək?
- Hələ tezdi. Baxacağıq, Aminin 16 yaşı var. Hələ bir qədər bərkiməlidi. Davud bir aydı komandada məşqlərə başlayıb. Görsək ki, dözmə qabiliyyəti var, ondan istifadə edəcəyik.
- Müdafiənin mərkəzində səhvlərdən danışdıq. Bəhlulu yenidən həmin mövqeydə görə bilərikmi?
- Səhv fərdi idi. Mateusun başqa üstün keyfiyyətləri var. Bəhlul da əsas heyətdə ola bilər. Hər bir oyunçunun oynamaq ehtimalı ola bilər. Bəhlul komanda ilə məşqlərə başlayıb. Hələ ki 5 günümüz var. Futbolçuların durumuna baxacağıq.
- “Qarabağ”dan ayrılan hücumçuları gözdən keçirirsizmi? İbrahim Vaciyə diqqət ayırmısızmı?
- Vaci də onların siyahısında ola bilər. Başqa oyunçulara baxırıq.
- Qış dönəmində yaxşı futbolçu almaq çətindi. “Qarabağ” hələ də futbolçu ala bilməyib. İcraiyyə Komitəsinin iclasını gözləyirsiz, yoxsa futbolçuları bəyənmirsiz?
- Çox az müddət oldu. Çempionat dekabrın 21-də tamamlandı. Bu gün də başladı. Oyunçu götürmək üçün limitə ehtiyac yoxdu. Bəyəndiyimiz olarsa, mütləq götürmək istəyirik. Heyətdə bəzi rotasiyalar edirdik. 15 günə 5 oyunumuz var. Bu müddətdə oyunçular problem yaşayır. Mütləq oyunçu almaq istəyirik. Transfer xatirinə də transfer etmək istəmirik. Yenə də son günə kimi axtarışdayıq.
- Benzyanın yoxluğu təsir göstərəcək. Onun yerində Zubiri, yoxsa Addaini oynadacaqsız?
- Hər birinin o mövqeydə oynamaq potensialı var.
- FKSB haqda nə deyə bilərsiz?
- Ümumilikdə bir qədər ağır komandadı. İntizamlı oyun üslubları var. 10 nəfərlə müdafiə olunmağı yaxşı bacarırlar. Çox təhlükəli əks-hücumları var. Sırf nəticəyə oynamağı bacaran komandadı.
- Gələn həftə AFFA İcraiyyə Komitəsinin iclasının olacağı gözlənilir.
- Ətraflı danışmağı çox istəyərəm. Cəmiyyətə, sizlərə bildirilməyibsə, mənim nəsə deməyim düzgün çxımır. Tam məlumat veriləndən sonra sizə rahat cavab verə bilərəm.
ƏSƏD SEYİDOV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью