Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Xəbər verdiyimiz kimi, qanunvericiliyə “Azərbaycan işarət dili” anlayışı daxil edilir.
Bu, bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında müzakirəyə çıxarılan "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, Azərbaycan işarət dili eşitmə qabiliyyəti tam məhdud olan azərbaycandilli şəxslərin qollar, əllər və barmaqlardan eyni zamanda istifadə edilməklə fikirlərini ifadə etməsidir.
Məsələylə bağlı Redaktor.az-a danışan telejurnalist Qulu Məhərrəmli bu addımı müsbət qiymətləndirdi.
Onun sözlərinə görə, belə bir qərarın qəbul olunması labüddür və əvvəllər də bu mövcud olub: "Onda da eşitməylə bağlı problemi olan adamlar üçün məlumatlar verilirdi.
İndi də büdcədən maliyyələşən televiziyalar hesab edirəm ki, qanundan gələn vəzifələri həyata keçirməlidirlər.
Bu əslində cəmiyyətin müəyyən bir təbəqəsinin informasiya almaq hüququnun təmin olunmasıdır.