Belə bir razılaşma tərəfləri sevindirməyəcək

26.01.2026

Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Enerji infrastrukturunun atəşə tutulması tərəflərin danışıqlar mövqeyini formalaşdırmaq üçün alətdir və təəssüf ki, Amerika-Ukrayna-Rusiya danışıqlarında adi hala çevrilib.

Bunu xalqcebhesi.az-a Ukrayna Milli Strateji Araşdırmalar İnstitutunun direktor müavini, iqtisad elmləri doktoru, politoloq Vyaçeslav Potapenko deyib.

Onun fikrincə, danışıqların uğurunu yalnız həm Zaporojya AES-dən, həm də Azov dənizi limanlarından və neft yataqlarından,
Zaporojya və Donetsk vilayətlərinin nadir torpaq metallarından istifadəsinə can atan Amerika tərəfi deyə bilər:

"Müharibənin davam etməsinə mane olacaq, lakin əvvəlki razılaşmalarda olduğu kimi, belə bir razılaşma tərəfləri sevindirməyəcək".

Cavid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью