Belə davam etsə, “Kayzerslautern”də qalmayacam Mahir Emreli

06.06.2026

Icma.az, Qol.az saytına istinadən bildirir.

"Belə davam etsə, “Kayzerslautern”də qalmayacam" - Mahir Emreli

Almaniyada “Kayzerslautern” klubunda çıxış edən Azərbaycan millisinin hücumçusu Mahir Emreli komandadan ayrılmağı düşünür.

QOL.az xəbər verir ki, o, Malta ilə yoldaşlıq oyunundan sonra jurnalistlərin suallarını cavablandırarkən bu haqda danışıb.

2-ci bundesliqanın son oyunlarında iştirak ərizəsinə daxil edilməyən futbolçu bildirib: "Təbii ki, belə davam etsə, qalmaq barədə düşünməyəcəm. Onsuz da bu addım ilk olaraq məndən gəlməyib. Məşqçi nədənsə çıxıb belə bir açıqlama vermişdi. Bu oyunlar da o baxımdan önəmlidir ki, həm fiziki formam yerində qalsın, həm də digər klublar oyunumu görsünlər. Bununla bağlı menecerlərim məşğul olurlar. Reallıq odur ki, klubla 2 illik müqaviləm var. Açıq şəkildə gedəcəyimi, yaxud da qalacağımı demək çətindir".

View this post on Instagram

A post shared by Qol.az (@qolaz)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью