Belə futbolçuya nadir halda rast gəlinir

26.12.2024

Icma.az, Fanat portalına istinadən məlumat verir.

“Roma”nın və İtaliya millisinin sabiq müdafiəçisi Federiko Baltsaretti paytaxt klubunun argentinalı hücumçusu Paulo Dibala haqda fikirlərini bölüşüb. 

Fanat.Az xəbər verir ki, o, bu barədə DAZN telekanalına danışıb:
“Mənə görə, Dibala hazırda İtaliya liqasının ən yaxşı sol ayaqlı oyunçusudur. Belə səviyyəli futbolçulara çox nadir hallarda rast gəlinir. Paulonun "Roma" üçün dəyəri müstəsna və unikaldır. Onun klubdan ayrılmasına yol vermək olmaz". 

Xatırladaq ki, Paulo Dibala bu mövsüm İtaliya A Seriyasında "Roma"nın heyətində 14 oyuna çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə edib. Argentinalı ulduz daha əvvəl “Yuventus” və “Palermo”da çıxış edib. Onunla Türkiyənin "Qalatasaray" klubunun maraqlandığı bildirilir.

Mirağa

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью