Belə halla qarşılaşanda dərhal 102 yə yığın “Azparking”dən çağırış

04.08.2026

Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Paytaxtdakı bəzi ödənişsiz dayanacaqlarda özlərini “məsul şəxs” kimi tədim edən insanlar peydə olub.
Bu barədə Yeniavaz.com-a müraciət edən sürücülər bildiriblər.
Onların sözlərinə görə, sözügedən şəxslər həmin dayanacaqlardakı parklanmaya görə qanunsuz pul tələb edirlər.
“Axşam saat 10-dan sonra Ağ Şəhər bulvarında da yaşanır belə hallar. Onları oraya kimin təyin etdiyini soruşduqda isə “qazilər” cavabını verirlər. Bu sahənin idarəetməsini kimsə qazilərə verib? Ya kimlərsə qazilərin adından istifadə edir ki, heç kim ilişməsin? Ya bu özbaşınalıqdır?” – deyə redaksiyamıza müraciət edən sürücülərdən biri bildirib.
Məsələ ilə bağlı “Azparking”ə ünvanladığımız sorğuya belə cavab verildi:
“Belə halla qarşılaşanda dərhal 102 çağrı mərkəzi ilə əlaqə saxlayın”.
Murad Məmmədov
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью