Belə halların üzərində çalışmalıyıq Valdas Dambrauskas

25.01.2026

Icma.az, Fanat portalına istinadən məlumat verir.

Bu gün Misli Premyer Liqasında 17-ci tur başa çatıb.

Fanat.Az xəbər verir ki, son oyun günündə daha iki qarşılaşma keçirilib.

Turun qapanış matçı Masazırda olub. Lider "Sabah" autsayder "Karvan-Yevlax"ı darmadağınla üstələyib.

Meydan sahiblərinin baş məşqçisi Valdas Dambrauskas matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:

“Əvvəlcə azarkeşləri, rəhbərliyi və hər kəsi mövsümün ikinci yarısının başlaması münasibəti ilə təbrik edirəm. Sezonun ikinci hissəsinə yaxşı qələbə ilə başladıq. Böyük hesablı qələbə qazansaq da, oyunda mənfi halları da gördüm. Hücumları bitirməkdə çətinlik çəkirdik. Qarşıdakı oyunlarda heç də bu qədər fürsətlərimiz olmayacaq. Belə halların üzərində çalışmalıyıq. Qarşıda bizi “Zirə” ilə oyun gözləyir. Heç də asan olmayacaq. Sabahdan bərpa olunub bu oyunun hazırlıqlarına start verəcəyik."

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью