Belə hesabla uduzmaq xoş deyil, amma... Xabi Alonso

06.11.2024

Icma.az, Fanat portalına istinadən məlumat verir.

Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda səfərdə "Liverpul"a 0:4 hesabı ilə uduzan "Bayer Leverkuzen"in baş məşqçisi Xabi Alonso ağır yenilgini şərh edib.

Fanat.Az xəbər verir ki, "Amazon Prime" ispaniyalı mütəxəssisin sözlərini belə çatdırıb:

"Əlbəttə, "Enfild"ə gələ və uduza bilərsən. Bəzən belə olur. Hə, belə hesabla uduzmaq xoş deyil, amma rəqib möhtəşəm komandadır. Onlar bizi səhvlərimizə görə cəzalandırdılar. İngiltərəyə "Liverpul"la döyüşməyə gəlmişdik. Bir yerə qədər yaxşı alındı, ancaq 20 dəqiqə oyundan qopmağımız məğlubiyyətlə nəticələndi. Bizə bu nəticəni qəbul etmək və "Liverpul"a təbrik ünvanlamaq qalır".

Nihat

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью