Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Son illər daşınmaz əmlak bazarında maraqlı tendensiya müşahidə olunur. Yeni tikililərdə böyük sahəli mənzillərə maraq zəifləyir. Xüsusilə 3-4 otaqlı evlər əvvəlki illərlə müqayisədə daha çətin satılır. Artan qiymətlər fonunda vətəndaşlar daha çox 1 və 2 otaqlı, büdcəyə uyğun variantlara yönəlir. Tikinti şirkətləri isə dəyişən tələbat qarşısında layihə planlamasını yenidən gözdən keçirməyə başlayıb.
Bu barədə əmlak eksperti Rəşad Quliyev Demokrat.az-a açıqlama verib.
O deyib ki, gənc ailələrin yaşam tərzi dəyişib və bir çoxları artıq kiçik mənzilləri üstün tuturlar:
“Həmçinin, ev qiymətlərinin artması, xüsusilə yeni tikililərdə 3-4 otaqlı mənzillərin yüksək qiyməti alıcıları daha sərfəli seçimlərə yönəldib. Bu mənzillər, xüsusən də xüsusi sahələrdə yerləşənlər, artıq çoxlu ailə üzvlərinin yaşadığı və geniş boşluğa ehtiyacı olan şəxslər üçün uyğun deyil. İki və ya üç otaqlı mənzillər kiçik ailələr, tək yaşayan şəxslər və ya iş yerini evdən idarə edənlər üçün daha münasibdir. Müasir həyat tərzi və iş şəraitinin dəyişməsi ilə əlaqədardır. Pandemiya dövründə evdən işləmə tələbatının artması, insanların ofis işlərini evdən idarə etməyə başlaması, buna uyğun olaraq, çoxlu otaqlı evlərə olan tələbatı azaldıb. İnsanlar artıq daha kiçik, kompakt və funksional mənzilləri seçirlər ki, bunlar həm həyat tərzinə uyğun olsun, həm də xərclərini azaltsınlar”.
O bildirib ki, sahibkarlar və inşaatçılar üçün 3-4 otaqlı mənzillər daha baha başa gəlir və satmaq çətinləşir:
“Sahiblər artıq bu tip mənzillərdən daha kiçik və uyğun qiymətli evlərə keçid etməyə başlayıb. Tələb və təklifin dəyişməsi ilə əlaqədar olaraq, yaşayış sahələrinin daha kompakt və əlverişli olması gələcəkdə əmlak bazarında daha çox tələb görəcək. 3-4 otaqlı evlərə olan tələbatın azalması uzun müddətli iqtisadi və sosial dəyişikliklərin nəticəsidir. Bu, həmçinin əlverişli qiymətlərlə, kiçik və effektiv yaşayış sahələrinə olan tələbin artdığına işarədir. Bu tendensiya, gələcəkdə bazarda daha çox kiçik mənzillərin inşası və alıcıların dəyişən tələblərinə uyğunlaşma gətirəcək”.
Gələcəkdə mənzil alarkən böyük kvadratmetrlər üçün artıq vəsait ödəmək yerinə, daha funksional və idarəolunan xərcləri olan evlərə sahib olmaq imkanı artacaq. Eyni zamanda, bu dəyişiklik mənzilini satmaq istəyən 3-4 otaqlı ev sahibləri üçün satış müddətinin uzana biləcəyi barədə xəbərdarlıq rolunu oynayır. Kiçik evlərin artması həm də kommunal xərclərin və təmir xərclərinin azalması baxımından vətəndaşın cibinə müsbət təsir göstərir.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. Bu barədə əmlak eksperti Rəşad Quliyev Demokrat.az-a açıqlama verib.