Belə meydanda futbol oynamaq çox çətindir Patrik Andrade

28.01.2026

Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Belə meydanda futbol oynamaq çox çətindir" - Patrik Andrade

“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Patrik Andradenin QOL.az saytına müsahibəsi

- Misli Premyer Liqasının 17-ci turunda səfərdə “İmişli” ilə bərabərdə (2:2) qaldınız. Oyunla bağlı nə deyə bilərsiniz?

- Ümumilikdə oyun pis keçmədi. Matçın əvvəlində qapımızda qol gördük. Sonradan hesabı bərabərləşdirdik. İkinci hissədə daha yaxşı oynadıq. Üstünlük bizim tərəfimizdə idi. Təəssüf ki, sona yaxın yenə rəqib fərqləndi. Futbolda belə hallar olur. Sonda məğlubiyyətdən qaçdıq. Bu nəticəyə görə xoşbəxt deyilik. Lakin 1 xal heç nədən daha yaxşıdır.

- Oyunun keçirildiyi stadionun qazonu çox bərbad idi. Bu amil çıxışınıza nə dərəcədə təsir göstərdi?

- Meydanın durumu həqiqətən də çox pis idi. Belə qazonda oynamaq asan deyil. İki həftə ərzində biz yaxşı hazırlaşmışdıq. Görünən odur ki, daha çox çalışmalıyıq. İstənilən halda bu cür meydanda futbol oynamaq çox çətindir. Lakin bunu bəhanə kimi gətirmək istəmirəm. Bizim işimiz meydana çıxıb qələbə qazanmaqdır.

- “Araz-Naxçıvan”ın yenidən avrokuboklara yollanmaq şansını necə dəyərləndirirsiniz?

- Biz oyundan-oyuna irəliləyirik. İndidən mövsümün sonunu yox, yalnız qarşıdakı matçı düşünürük. Şansımız var və qarşıya qoyulan hədəfə çatmaq üçün sona qədər mübarizə aparacağıq.

- Elmar Baxşıyevin gedişindən, Andrey Demçenkonun gəlişindən sonra “Araz-Naxçıvan”da nə dəyişib?

- Fərqli məşqçilərdir. Hər birinin özünə görə sistemləri var. Biz də yeni baş məşqçinin sisteminə sürətlə adaptasiya olmağa çalışırıq. Onun tapşırıqlarını yerinə yetirməyə çalışırıq. Yeni baş məşqçimiz bizdən daha çox top saxlamağı, daha sürətli oynamağı tələb edir. Deyə bilmərəm ki, hansısa məşqçi digərindən yaxşıdır. Bu, mənim işim deyil. Əsas odur ki, bu dəyişiklik “Araz-Naxçıvan” üçün faydalı olsun.

- Həftə sonu “Neftçi” ilə üz-üzə gələcəksiniz. Həmin matçdan gözləntiləriniz nədir?

- Hazırlaşırıq. Həftə boyu çalışacağıq daha yaxşı vəziyyətdə olaq. “Neftçi”nin necə rəqib olduğu da məlumdur. Heyətlərində çox yaxşı futbolçular var. Odur ki, bizi çox maraqlı və çətin oyun gözləyir.

- Sabiq klubunuz “Qarabağ”ın Çempionlar Liqasındakı çıxışını necə dəyərləndirirsiniz?

- “Qarabağ”da çoxlu dostlarım var. Onların adına çox sevinirəm. Komandaya çətin Liverpul səfərində də uğurlar arzulayıram.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью