“Belə meydanda istədiyimiz futbolu oynamaq çətindir”

22.08.2026

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Belə meydanda istədiyimiz futbolu oynamaq çətindir”

PSJ-nin baş məşqçisi Luis Enrike Liqa 1-in yeni mövsümünün ilk oyunundan əvvəl açıqlama verib.

QOL.az xəbər verir ki, Paris klubunun sabah “Renn”lə qarşılaşması “Park de Prens” stadionunun ot örtüyündə yaranan problemlər səbəbindən rəqibin meydanına keçirilib.

Luis Enrike oyunun yerinin dəyişdirilməsinin onu narahat etmədiyini, lakin stadionun meydançasının vəziyyətindən narahat olduğunu bildirib:

“Həmişəki kimi məşq etmişik. Amma Renndə oynamaq fərqlidir və buna uyğunlaşmalıyıq. Bunlar mənim nəzarətimdə olmayan məsələlərdir. Ona görə də bunu bir çağırış kimi qəbul etməliyik.

Biz hücumameyilli, baxımlı futbol oynamağı sevirik. Bunun üçün isə meydanın mümkün olan ən yaxşı vəziyyətdə olması lazımdır. Hazırda isə vəziyyət belə deyil”.

Qeyd edək ki, PSJ Liqa 1-in ilk turunda avqustun 23-də “Renn”lə qarşılaşacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью