“BELƏ MÜNASİBƏTLƏ BARIŞMAQ NİYYƏTİNDƏ DEYİLİK” “Moskva təzyiq dilindən əl çəkməsə...” | Ic…
Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
Tofiq Zülfüqarov: “Propaqanda, təhdidlər, diaspor üzərində təzyiq – bunların hamısı qəbuledilməzdir”“Moskvanın davranışları tarixən qonşu xalqlara göstərdiyi təzyiqlərin davamıdır”.“AzPolitika” xəbər verir ki, bunu Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov “Minval.az”-a Rusiya ilə münasibətlərin hazırkı durumunu şərh edərkən bildirib.
Onun sözlərinə görə, Rusiya tarixə istinad etməyi sevsə də, “narahatlıq doğuran məqamları” gizlətməyə çalışır: “Əgər tarixə ideoloji pərdəsiz baxsaq, görərik ki, Moskva daim müstəqillik istəyən xalqlara qarşı güc tətbiq edib.
SSRİ-nin dağılması da məhz bu siyasətin bariz nümunəsi oldu. Suverenlik arzusu orada ‘nəzarəti və resursları itirmək’ kimi qəbul edilirdi.
Cavab isə tanklar, qoşun yürüşləri və dinc insanların qanı idi”.T.
Zülfüqarov qeyd edib ki, eyni siyasət bu gün də davam edir: “Rusiya düşünür ki, mülki təyyarəni vura bilər və dünya bunu unudacaq.
Lakin belə faciələr tarixdən silinmir. Üstəlik, günahkar tərəf məsuliyyəti qəbul etmir, araşdırma aparmır və günahkarları cəzalandırmır”.O,
Hadisə Qazaxıstan üzərində baş verdiyi üçün araşdırma məhz orada aparılmalıdır”.
Tam oxu
Xəbəri oxu