Belə olacağını gözləmirdik Valdas Dambrauskas

31.08.2025

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

"Sabah" Misli premyer-liqasının 3-cü turu çərçivəsində evdə keçirilən oyunda "İmişli"yə uduzdu - 0:1.

"Football-plus.az" xəbər verir ki, "bayquşlar"ın baş məşqçisi Valdas Dambrauskas oyunsonrası mətbuat konfransında matçı şərh etdi:

"İmişli"ni qələbə münasibətilə təbrik edirəm. Rəqib hələ də təntənəli şəkildə qalibiyyəti qeyd edir. Belə olacağını gözləmirdik. İstənilən kriteriyada üstün oynadıq. Amma rəqib fərqlənməyi bacardı. Millinin oyunlarıyla fasilədə çatışmayan cəhətləri aradan qaldırmağa, səhvlərdən nəticə çıxarmağa çalışacağıq".

KƏNAN BAHADIR
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью