Icma.az, Olke.az portalına istinadən məlumat yayır. Gündəmimiz yenə yeni çəkilən Azərbaycan serialıdır.
Ünvan eynidir: İctimai TV-də yayımlanan hər hansı bir film. Konkret olaraq, “Əqrəb Mövsümü”.
Mən bir Azərbaycan vətəndaşı kimi, telekanalda yayımlanan yeni nəsil serialları bəyənirəm.
Ona görə ki, artıq fərqli bir səviyyədə aktyor işi var, keyfiyyətli məhsul ortaya çıxır. Və bu artıq davamlı xarakter almağa başlayıb.
Lakin yaranan mənzərə deyir ki, cəmiyyətimiz yeniliyə, fərqliliyə və reallığın oxşar şəkildə təqdim olunmasına hazır deyil.
Ortada nöqsanlar varmı? Əlbəttə, aksiomadır ki, harada iş varsa, orada qüsurlar da olacaq. Söhbət təkcə vəkillərin qəzəblənməyindən getmir.
Serialda hansısa vəkil haqqında təhqiramiz ifadə işlədilir ki, bu söz reallıqda ən müxtəlif sahələrdə çalışan insanlara, hətta ən yaxşı çalışan insanlara yönəlik də deyilə bilir.
Nəzərə alsaq ki, ekran işinin əsas fiqurlarından biri vəkildir, o zaman bu peşə sahibləri daha çox önə çəkiləcək.