Belə oturanların onurğa sümüyü əyilir

31.08.2026

Icma.az, Medicina portalına istinadən məlumat yayır.



Bir ayağı digərinin üzərinə qoyub oturma vərdişinin təhlükəli nəticələr verir.

Medicina.az xəbər verir ki, nevroloq Zamira Bekmurzayevanın xəbərdarlığına görə,ayaqları çarpaz oturma vərdişi onurğanın aşağı hissəsini əyir:

"Bu vəziyyət duruşu, qaməti əhəmiyyətli dərəcədə pisləşdirir və onurğanın aşağı hissəsinin əyriliyinə səbəb olur. Zamanla bu, disk çıxıntılarına, disk yırtıqlarına və spondiloza səbəb ola bilər".

Bu vəziyyətdə oturmağın digər bir yan təsiri dizin altından səthi şəkildə uzanan peroneal sinirin sıxılmasıdır. Ayaqlarınızı çarpazlaşdıraraq uzun müddət oturma vərdişi ona zərər verə bilər.

Nevroloqa görə, oturaq işlərlə məşğul olan insanlar uzun müddət bir vəziyyətdə oturmaqdan çəkinməlidirlər. Dartınmaq, fasilə vermək və stuldan qalxmaq, eləcə də ayaqlarınızı masanın altına aparmaq vacibdir.

Aygün Musayeva


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью