“Belə oyun “Mançester Yunayted”ə yaraşmır”

22.10.2026

futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Mançester Yunayted”in baş məşqçisi Maykl Karrik Çempionlar Liqasında “Komo”ya məğlub olduqları görüşü şərh edib.

Futbolpress.az UEFA-ya istinadən xəbər verir ki, mütəxəssis 1:4 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Azarkeşlərimizdən üzr istəyirik. Oyun pis yox, sadəcə qəbuledilməzdir. Bütün məsuliyyəti üzərimə götürürəm. Həyatım boyu belə an yaşamamışdım. Çox gərginik. Nə hücumda, nə müdafiədə effektli ola bildik. Belə oyun “Mançester Yunayted”ə yaraşmır”.

“Qırmızı şeytanlar” 3 turdan sonra 3 xalla 20-ci sıradadır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью