Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır. Aşağı kalorili pəhrizdən sonra depressiya əlamətlərinin inkişaf ehtimalı artır.
“Qafqazinfo” xəbər verir ki, Toronto Universitetinin alimləri belə nəticəyə gəliblər.
Araşdırmanın nəticələri “BMJ Nutrition Prevention & Health” jurnalında dərc olunub.
Tədqiqat əvvəllər ABŞ Milli Sağlamlıq və Qidalanma Müayinə Sorğusunda iştirak etmiş 28 000 yetkin könüllünün məlumatlarına əsaslanıb.
Subyektlər pəhrizlərinə görə qruplara bölünüblər. Məlum olub ki, ciddi kalori məhdudiyyəti ilə pəhriz saxlayanlar psixoemosional pozğunluqla
Kişilər və kilolu insanlar xüsusilə risk altında olub. Sərt dietalar həmçinin emosional pozğunluqlar və mənfi düşüncələr yaradıb.
Müəyyən qida maddələrinə (məsələn, yağlar və ya karbohidratlar kimi) məhdudiyyətlər daha çox somatik simptomlarla müşayiət olunub.
Tədqiqatçılar bildiriblər ki, yeni tapıntılar aşağı kalorili pəhrizlərin psixi sağlamlığı yaxşılaşdırdığını aşkar edən əvvəlki araşdırmalarla ziddiyyət təşkil edir.