Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Sürətli çəki itkisi vəd edən kokteyl əsaslı arıqlama məhsulları geniş yayılıb.
Lakin mütəxəssislər bu məhsulların sağlamlıq baxımından ciddi risklər daşıdığına diqqət çəkir.
Ölkə.Az-ın məlumatına görə, diyetoloq Hicran Şirinova bildirib ki, bu tip məhsullar real qidanı əvəz etmir və metabolik sağlamlığa mənfi təsir göstərə bilər.
Onun sözlərinə görə, kokteyl əsaslı arıqlama məhsulları təbii qida hesab edilmir, çünki çeynənmir, qida strukturu yaratmır və mədə-bağırsaq sistemini aktivləşdirmir.
Laboratoriyada hazırlanmış, işlənmiş toz formalı bu məhsullar real qidanın verdiyi lif, ferment aktivliyi və çeynəmə refleksi kimi vacib mexanizmləri təmin etmir.
Mütəxəssis xüsusilə insulin və şəkər balansı mövzusunda risklərə diqqət çəkir.
“Şəkəri azdır” ifadəsinin insulin baxımından təhlükəsiz anlamına gəlmədiyini vurğulayan H.Şirinova bildirir ki, maye qidalar, rafinə karbohidratlar və lif çatışmazlığı insulin cavabını yüksəldə bilər.